İtaliya ilə Azərbaycan arasında əlaqələr möhkəm təməllər üzərində qurulubbackend

Prezident İlham Əliyevin cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu”

Hər bir ölkə müəyyən ölkələrlə diplomatik, siyasi və digər məsələlərlə bağlı əlaqələri olur. Azərbaycan Respublikası da öz növbəsində müəyyən ölkələrlə əlaqələr qurur ki, bu ölkələrdən biri də İtalyadır.

Prezident İlham Əliyevin sentyabrın 1-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və Baş nazir Mario Draqi ilə görüşlərinə dair İtaliyanın “RAI” televiziya kanalında gün ərzində reportajlar yayımlanıb. Reportajlarda bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyi, görüşlərdə çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunduğu bildirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmişə səfər etmiş və burada baş tutan  48-ci Beynəlxalq Çernobbio forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etmişdir. İlham Əliyəv öz çıxışında toxunduğu mühüm problemlər sırasında fundamental xarakter daşıyan beynəlxalq hüquq normalarının pozulması, beynəlxalq birliyin buna səssiz qalaraq, etinasız münasibət bəsləməsinə toxunulmuşdur.

Prezident İlham Əliyev səfər çərçivəsində İtaliyanın ən nüfuzlu mətbuat orqanlarından olan “il Sole 24 Ore” qəzetinə geniş müsahibə verib. Müsahibə qəzetin həm çap versiyasında, həm də internet səhifəsində dərc olunub.

İki ölkənin çox güclü siyasi-iqtisadi əlaqələr qurduğu, İtaliyanın Azərbaycanın birinci ticarət tərəfdaşı olduğu və ötən il qarşılıqlı ticarət dövriyyəsinin 9,6 milyard, cari ilin yeddi ayında isə 11 milyard dollara çatdığı bildirilib.

Beynəlxalq qurumların məsuliyyətsiz davranış nümayiş etdirmələri və Ermənistan tərəfindən  ardı arası kəsilməyən təxribatların törədilməsi şəraitində, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman Ordumuz beynəlxalq hüquqa əsaslanan qətiyyətli cavabı döyüş meydanında verərək, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Və eyni zamanda bu da bildirilmişdir ki, ATƏT-in Minsk qrupu fəaliyyət qabiliyyətsizliyini bariz şəkildə 14 mart 2008-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlanan 62/243 saylı qətnamənin qəbul edilməsi prosesində nümayiş etdirdi. BMT-nin Qarabağla əlaqədar qəbul etdiyi dörd qətnamədə  ölkəmizin suverenliyi və ərazı bütövlüyünün təsdiq edilməsinə baxmayaraq, beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipinə və ərazilərin əldə edilməsi üçün güc tətbiqinin qadağasına məhəl qoymayaraq, Baş Assambleyada 62/243 saylı qətnamənin qəbulu zamanı Minsk qrupunun həmsədr dövlətlərinin təmsilçiləri mühüm sənədin əleyhinə səs vermişlər.”

Eyni zamanda bunu da qeyd etmək yerinə düşər ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Sözügedən Memorandum enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Bu sənəd gələcək fəaliyyətimizin yol xəritəsidir.

Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri bu ölkənin çoxsaylı kütləvi informasiya vasitələrinin böyük marağına səbəb olub.

Elnarə Rəhimova

Azərbaycan Dövlət Pedaqoji Universiteti