İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Ukraynada Kahovka bəndinin bombalanmasını qətiyyətlə pislədiklərini açıqlayıb.
“Yeni Gundem” xəbər verir ki, Tajani verdiyi yazılı açıqlamada, “İtaliya Xerson bölgəsində minlərlə insanı risk altına alan və ekoloji fəlakətə səbəb olan və davam edən fövqəladə vəziyyəti daha da ağırlaşdıran Kahovka bəndinin bombalanmasını şiddətlə qınayır: “Bunu diqqətlə izləyirəm. Biz bu son vəhşi hücumdan zərər çəkən ukraynalı dostlarımızın və mülki şəxslərin yanındayıq”.
Ukraynanın Xerson vilayətində rusların nəzarətində olan Kahovka Su Elektrik Stansiyasının (SES) bombalanaraq dağıdıldığı açıqlanıb və Ukrayna rəhbərliyi bölgənin daşqın təhlükəsi ilə üz-üzə qaldığını bəyan edərək, hadisədə Rusiya ordusunu günahlandırıb.
Bəndinin uçmasından sonra 24 yaşayış məntəqəsi su altında qalıb.
Mənbə: TrtHaber
Aynur Camal