İtaliya və Özbəkistan arasında “Strateji tərəfdaşlıq” sazişibackend

İtaliya ilə Özbəkistan arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına dair birgə bəyannamə imzalanıb.

“Yeni Gundem” İLKHA saytına istinadən xəbər verir ki, baş nazir Giorgia Meloni rəsmi görüşlər üçün Romaya gələn Özbəkistan prezidenti Şevkət Mirziyoyev ilə Çigi sarayda görüşüb.

Verilən açıqlamada iki liderin İtaliya ilə Özbəkistan arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına dair birgə bəyannamə imzaladığı qeyd edilib. Müvafiq olaraq, iki ölkə və onların vətəndaş cəmiyyətləri arasında həm ikitərəfli, həm də çoxtərəfli kontekstdə əməkdaşlığı dərinləşdirmək üçün strateji tərəfdaşlıq əlaqələri qurulub.

Sözügedən strateji tərəfdaşlıq bəyannaməsi siyasi, iqtisadi və ticarət sahələrində əməkdaşlıqdan müdafiə sənayesi və təhlükəsizliyə qədər bir çox aspektləri ehtiva edir. Eləcə də mədəniyyət turizmi və təhsil sahələrində.

Qeyd edilib ki, məqsəd bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsinə yönəlib.

“Özbəkistanın böyük potensialı var və İtaliya üçün mühüm tərəfdaşdır, biz regional səviyyədə də daxil olmaqla bütün sahələrdə əməkdaşlığımızı artırmağı hədəfləyirik” deyə baş nazir Meloni Twitter hesabında bağlı paylaşım edib.

Mənbə: İLKHA

Aynur Camal