İtaliyanın Toskana bölgəsində təsirli olan “Ciaran” fırtınasının səbəb olduğu şiddətli yağış nəticəsində meydana gələn seldə can itkisi artır. Regional Administrasiyanın sədri Eugenio Giani seldə həyatını itirənlərin sayının 6-ya çatdığını açıqlayıb.
İtaliyanın baş naziri Giorgia Meloni həyatını itirənlərin yaxınlarına başsağlığı verib.
Baş nazirin müavini və infrastruktur naziri Matteo Salvini bölgədə təxminən 48 min insanın işıqsız qaldığını açıqlayıb. İtaliya hökuməti daşqından ən çox zərər çəkən ərazilərə yardım üçün ilkin olaraq 5 milyon avro büdcə ayırıb.
“Ciaran” fırtınasının təsirli olduğu İspaniya, Fransa, Belçika, Hollandiya və Almaniyada cəmi 7 nəfər həyatını itirib.
Mənbə: hurriyyət.tr
Aynur Camal