İtaliyada süni ət qadağan edildibackend

“Yeni Gundem” xəbər verir ki, İtaliyada sağçı koalisiya hökumətinin qurduğu Qida Suverenliyi Nazirliyinin hazırladığı və laboratoriya mühitində ətin istehsalını və bu məhsulların satışını qadağan edən qanun layihəsi İtaliya parlamentində qəbul edilib.

Heyvan hüceyrəsi və toxuma kulturalarından istifadə edilən qida və yem istehsalı və satışına görə 60 min avroya qədər cərimə nəzərdə tutan qanunun “İtalyan mətbəxi”ni və kənd təsərrüfatı sektorunu qorumaq üçün hazırlandığı bildirilir. Qanun çərçivəsində “steyk” və “salami” kimi adlar altında bitkilərdən əldə edilən məhsulların satışı da qadağan edilib.

Aynur Camal