İtaliyadan qayıtdı, ölkəsinə koronavirus gətirdibackend

 

Argentinada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
“Yeni Gündəm” “RİA Novosti”yə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə naziri Qines Qonsales Qarsia deyib.

Söhbət İtaliyadan qayıdan Argentina vətəndaşından gedir. Hazırda o, izolyasiya edilib. Hökumət onunla kontaktda olan insanları axtarır.

Daha əvvəl “RİA Novosti”nin tibb dairələrindəki mənbəsi bildirmişdi ki, həmin kişinin 40 yaşı var, o, İtaliya və Macarıstana səfər edib. “Argentinaya gəldikdən 48 saat sonra onda simptomlar yaranıb”, – hömsöhbət deyib.

Qeyd edək ki, bu, Latın Amerikasında koronavirusa ilk yoluxma faktı deyil. Daha əvvəl o, Ekvador, Meksika və Braziliyada aşkarlanıb.