Alyaskada itini xilas etmək üçün donmuş çaya atılan qadın yoxa çıxıb.
Boğulan itini xilas etmək üçün donmuş çayın buzunun altına girən 45 yaşlı Alyaskalı 4 uşaq anası Amanda Riçmond Rocers buz örtüyünün altında itib. Ananın cəsədinin tapılması istiqamətində axtarışlar davam edir. Amanda Riçmond Rocers əri Brayan Rocers və onların iti Qrootla evliliklərinin 18-ci ildönümündə Alyaskada Qartal çayında gəzirmiş.
Onların iti Qroot donmuş Qartal çayının buz təbəqəsindəki kiçik dəlikdən düşüb. Əvvəlcə Brian, sonra isə Amanda onun ardınca suya girib, lakin gənc qadın da buz örtüyünün altında itib.
Amandanın əri, 49 yaşlı Brayan Rocers verdiyi açıqlamada, “O, bir iti xilas etmək üçün içəri atladı, o, ailə üzvü idi. O, mənim və dörd oğlumuzun gözündə qəhrəman kimi öldü” deyib.
Cütlüyün İrlandiyalı Wolfhound buzun üstündən tullanaraq dəlikdən düşməsi onların sevinci dəhşətə çevrilib. Rogers, itini xilas etmək üçün suya dalaraq, “Buzun altında böyük bir ağ pəncənin parıldadığını gördüm” deyib.
Heç düşünmədən iti xilas etmək üçün suya atıldığını bildirən Rogers, buzun altında nəfəsi kəsildiyi zaman açılışdan çölə çıxdığını, ancaq həyat yoldaşını tapa bilmədiyini bildirib.
Alyaska Ştat Qoşunları, Dalğıc Axtarış və Xilasetmə Qrupu və Alyaska Vəhşi Təbiət Qoşunları şənbə günü günortadan sonra itkin düşmüş şəxs barədə məlumat verildikdən sonra axtarış işlərini davam etdirir.
Arktikada kəskin hava şəraiti səbəbindən avadanlıqların donmasından sonra bəzi xilasetmə qrupları çərşənbə axşamı səhər tezdən işlərini dayandırmaq məcburiyyətində qalıb.
Mənbə: Ntv.Tr
Aynur Camal