Baş Qərargah rəisi Liu Zhenli Çinin yeni müdafiə naziri ola bilər.
“Yeni Gundem” Reuters istinadən xəbər verir ki, o, bu vəzifədə sentyabrın əvvəlindən ictimai sahədən yoxa çıxan Li Şanfunu əvəz edəcək.
Mənbələrin bildirdiyinə görə, Liu Zhenli oktyabrın 29-31-də Pekində keçiriləcək böyük beynəlxalq təhlükəsizlik seminarı olan Syanşan Forumundan əvvəl təyin oluna bilər.
Qeyd edilir ki, bu, regional gərginlik fonunda Çin və ABŞ arasında hərbi qarşılıqlı fəaliyyəti gücləndirə bilər. Pentaqonun foruma dəvəti ayın sonunda qəbul etdiyi vurğulanır.
Liunun təyinatı, xüsusən də Li Şanfudan fərqli olaraq Qərbin sanksiyaları altında olmaması ilə dəstəklənir. Bundan əlavə, o, döyüş təcrübəsi olan azsaylı Çin hərbi liderlərindən biridir: Liu 1986-cı ildə Vyetnam qoşunları ilə sərhəd döyüşlərində iştirak edib. Sentyabrın ortalarında Li Şanqunun iki həftə ictimaiyyət qarşısına çıxmadığı qeyd edilib. Sonradan Washington Post qəzeti onun korrupsiyada şübhəli bilinərək istintaqa cəlb olunduğunu elan etdi – istintaq Li Şanfunun Çin Müdafiə Nazirliyinin hərbi təchizat şöbəsinin rəisi işlədiyi dövrdəki fəaliyyətinə aiddir.
Mənbə: Lenta.Ru
Aynur Camal