Tehran NATO-nun baş katibi Yens Stoltenberqin İranı Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham etməsindən sonra reaksiya verib.
NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenlə birgə mətbuat konfransında İranı hədəfə alıb. İranı Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edən Stoltenberqə cavab gecikməyib. İranın xarici işlər naziri Nasser Kenani, “NATO və bəzi üzv ölkələrin qaranlıq müstəmləkə keçmişinə baxmayaraq, baş katibin (İrana qarşı) iddiaları tragikomik bəyanatlardır” deyib.
İranın regionda sülh və sabitliyi təmin etmək üçün xarici qüvvələrin müdaxiləsinə qarşı siyasət yürütdüyünü bildirən Kenani, NATO və bəzi üzv ölkələrin “dağıdıcı və müdaxiləçi siyasətləri” ilə yanaşı, hərbi hərəkətlərinin də sabitliyin əsasını təşkil etdiyini bildirib.
Təhlükəsizliyin qlobal bir məsələ olduğunu bildirən Stoltenberq, İranın “daxildə zülmkar, xaricdə isə təcavüzkar bir rəftar nümayiş etdirdiyini” ifadə edərək əlavə edib: “İran sabitlik və təhlükəsizliyə ehtiyacı olan Yaxın Şərqdə sabitliyin pozulmasına görə məsuliyyət daşıyır” deyib.
İranın Qırmızı dənizdə gəmilərə hücum edən husilərə verdiyi dəstəkdən dərin narahatlığını ifadə edən Stoltenberq bu hərəkətlərin bölgədə gərginliyin artması riskini də özü ilə gətirdiyini bildirib.
Mənbə: TGRT
Aynur Camal