Jurnalist Əvəz Zeynallının şok səs yazısı yayıldı – AUDİObackend

“Haqqın.az” saytının baş redaktoru, Əməkdar jurnalist Eynulla Fətullayev “Xural TV”nin rəhbəri Əvəz Zeynallı haqda ifşaedici məlumat yayıb.

”Yeni Gündəm” xəbər verir ki, bu barədə feysbuk hesabında paylaşım edən E. Fətullayev jurnalist Əvəz Zeynallının hazırda həbsdə olan “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovu şantaj edərək, onun ailəsindən 20 min manat pul aldığını bildirib.

E. Fətullayev bununla bağlı səs yazısını sosial şəbəkə hesabında ictimailəşdirib.

 

“Əvəz Zeynallı şantaj və hədə-qorxu yolu ilə uzun müddət ərzində “Baku Steel Company” şirkətinin keçmiş rəhbəri, biznesmen Rasim Məmmədovu “tənqidlə” təhdid edərək, iş adamının yaxınlarından 20 min manat pul alıb, sonra şərti pozub, 7 sentyabr tarixli verilişində Rasim Məmmədovu “metallurgiya sənayesinin qatili” adlandırıb. Sövdələşmənin pozulmasına etiraz etmiş iş adamının yaxınları pulu geri tələb edib”, – paylaşımda qeyd olunub.

Əvəz Zeynallının səs yazısını təqdim edirik: