Jurnalistlər Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində oldularbackend

Bir qrup yerli kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin işğaldan azad edilmiş Ağdama rayonuna səfəri davam edir.

“Yeni Gündəm”-in xəbərinə görə, jurnalistlər Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub.

KİV nümayəndələrinə erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidəsi ilə bağlı məlumat verilib.

Qeyd edək ki, Prezident İlham Əliyev Ağdama səfər edən zaman Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub. Burada İmarət barədə dövlət başçısına məlumat verilib.