Jurnalistlər üçün onlayn formatda təlimlər başladıbackend

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF)tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda təlimlər başlayıb.

“Yeni Gündəm” xəbər verir ki, “Müasir dövrdə mətbuatın əsas funksiyaları: məlumat istehsalı və emalı” mövzusunda reallaşan ilk onlayn təlim Türkiyənin tanınmış media təlimçisi – Marmara Üniversitetinin müəllimi, rəqəmsal media araşdırmaları, PR və kommunikasiya üzrə ekspert Dr. Ali Murat Kırık tərəfindən keçirilib.

Təlimdə müasir dövrdə mətbuatın əsas funksiyalarından bəhs olunmuş, məlumat istehsalı ilə bağlı ən yeni metodlar nümayiş etdirilmiş və xəbər emalı zamanı diqqət tələb edən məqamlara toxunulub, adıçəkilən mövzu üzrə media nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, təlimdə televiziya, radio, onlayn media, qəzet və jurnalları təmsil edən 25-dən çox jurnalist iştirak edib.