Ötən gün Alaçatıda iki xanımla səmimi halda görüntülənən aktyor Kadir Doğulu həyat yoldaşı Neslihan Atagülə xəyanət etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi barəsində çıxan məlumatları təkzib edib:
“Görüntüləri bu şəkildə yayan insanın mənimlə yaxınlaşmaq istəyən, amma alınmadıqda da bu şəkildə davranan biri olduğunu düşünürəm. O gün həmin qadınlardan başqa 80 insanla danışdım. Mənimlə danışmaq istəyən hər kəslə söhbət edirəm, problemi varsa, dinləyirəm. Kömək etməyə çalışıram. Bunun yerinin və zamanının da bir mənası yoxdur. Mənim Neslihandan başqa kəbinli həyat yoldaşım yoxdur” deyə, aktyor açıqlama verib.
Neslihan Atagülün isə yaxın çevrəsinə “Səs-küylü bir yerdə edilən normal söhbətdir” deyərək, xəyanət iddialarına önəm vermədiyini söylədiyi öyrənilib.
Qeyd edək ki, Kadir Doğulu ilə Neslihan Atagül 7 ildir evlidir.