‘Kağızı pula çevirirəm’ deyərək dolandırmaq istədiyi ailənin qurbanı oldu!backend

‘Vudu sehrbazı’ deyərək insanları aldadan 30 yaşlı kişi aldatmağa çalışdığı ailənin qurbanı olub. Almaniyanın danışdığı hadisənin diqqətəlayiq təfərrüatları budur…

Almaniya Saksoniya polisinin indiyədək heç vaxt qarşılaşmadığı qəribə hadisədən danışır.

Lionel N. kimi tanınan 30 yaşlı afrikalı kişi özünü “vudu sehrbazı” kimi təqdim edib və boş kağızları pula çevirə biləcəyini iddia edib. Polisin dediyinə görə, fırıldaqçı bu ailəni aldatmağa cəhd edənə qədər bir müddət işləyib.

Alman mətbuatında yer alan məlumata görə, “Vudu sehrbazı”nın son qurbanı Almaniyanın Maqdeburq şəhərində yaşayan suriyalı ailə olub. Kamerunlu kişi boş kağızları “pul sehri” ilə pula çevirə biləcəyini və onlara böyük məbləğdə pul ödəyəcəyini iddia edib. Pul sehri üçün tələb olunan maddələr xüsusi iksir və real pul idi…

Ailə onlara vəd etdiyi pulu yanvarın 10-da almağa razılaşıb və 15 min avronu dələduzluğa verib.

Afrikalı sehrbaz göstərilən tarix və saatda Maqdeburq Maritim otelinə gəlmədikdə, ailə aldadıldıqlarını anlayıb və Lionel N-in arxasınca gedib.

Ata və oğulları üzlərinə xizək maskası taxaraq yanvarın 10-da axşam saatlarında həmin şəxsin yaşadığı mənzilə basqın ediblər. Ailə pullarını geri almaq üçün fırıldaqçıya işgəncə verib, evi alt-üst edib, lakin pulu tapa bilməyib, kişini zorla maşınlarına mindirərək qaçırıblar.

Hadisə şahidlərinin sözlərinə görə, qaçırma zamanı silah səsləri də eşidilib.

Ailə yanvarın 12-də saat 02.30 radələrində mənzildə yenidən axtarış aparmaq istəsə də, onları orada xüsusi polis qrupları gözləyib.

48 yaşlı ailə başçısı Camal M. və onun iki oğlu hədə-qorxu ilə pul tələb etmək və adam oğurlamaqda ittiham olunub. Voodoo sehrbazı Lionel N. isə dələduzluq ittihamı ilə hakim qarşısına çıxacaq.

Mənbə: hurriyyət.tr

Aynur Camal