Kakao fabrikləri istehsalı dayandırdı, şokolad böhranı qapıdabackend

Fil Dişi Sahili və Qanadakı iri kakao fabrikləri toxum xərclərini ödəyə bilmədiklərinə görə istehsalı azaltmaq və ya dayandırmaq qərarına gəliblər.

Dünya kakao istehsalının yüzdə 60-ını qarşılayan iki ölkədən gələn xəbərlərin ardından bütün dünyada şokoladın qiymətlərinin kəskin artacağı gözlənilir.

Son üç ildə iqlim şəraitinə görə kakao məhsulunun azalması artıq şokolad istehsalçılarını qiymətləri artırmağa sövq edib. İstehsalın azaldılması 4-cü ilə qədər uzandıqca vəziyyətin daha da pisləşəcəyi təxmin edilir.

Reuters agentliyinin məlumatına görə, kakaonun qiyməti keçən il iki dəfədən çox artıb.

Tropik Tədqiqatlar Mərkəzinin kakao mütəxəssisi Steve Wateridge deyib: “Təchizatın pozulmasının öhdəsindən gəlmək üçün ciddi tələbat azaldılması tələb olunur.”

İstehsalçılar yalnız xam kakaodan istifadə edərək şokolad istehsal edə bilməzlər. Bunun əvəzinə toxumlar yağ və içki halına salınmalıdır.

Lakin toxumun qiymətinin artması bu prosesi edənləri çarəsiz qoyub.

Fil Dişi Sahilinin 9 ən böyük fabrikindən biri olan Transcao, qiymət artımı səbəbindən toxum almağı dayandırdığını açıqladı. Zavod anbarda olan toxumların hələ də emal olunduğunu bildirsə də, mənbələr anbarların da boşalmaq üzrə olduğunu bildirib.

Mənbələrdən biri ölkədəki dövlət fabriklərində dünyanın kakao ehtiyacının az qala yarısını ödəyən istehsalın dayanmaq üzrə olduğunu bildirib.

İki nömrəli kakao istehsalçısı olan Qanada 8 fabrikin bir çoxunda istehsalın əkildikdən sonra tez-tez dayandırıldığı bildirilib.

Dövlət kakao şirkəti CPC-dən verilən açıqlamada fabrikin 20 faiz gücü ilə işlədiyi bildirilib.

Beynəlxalq Kakao Təşkilatı (ICCO) qlobal istehsalın bu il 10,9 faiz azalaraq 4,45 milyon tona çatacağını gözləyir. ICCO-nun məlumatlarına görə, kakao bazarında ardıcıl 4 il ərzində ilk dəfə olaraq təklif kəsiri yaranıb.

Mənbə: TrtHaber

Aynur Camal