Kaliforniyadakı qonşuları onlardan bezdilərbackend

III Çarlzın kiçik oğlu Şahzadə Harri və həyat yoldaşı Meqan Marklın ABŞ-dakı qonşuları onların nəhayət köçmələrini səbirsizliklə gözlədiklərini söyləyiblər.

“Yeni Gundem” xəbər verir ki, bu barədə “The News International” məlumat yayıb.

Kaliforniyanın Montecito şəhərində cütlüyün yaxınlığında yaşayan insanlar ondan “narahat olduqlarını” söyləyiblər. Mənbəyə görə, qonşuların narazılığının əsas günahkarı Meqan Markldır. Adını açıqlamayan qonşulardan biri “Meqan çox təkəbbürlüdür və biz onların getməsini səbirsizliklə gözləyirik” deyib.

Bundan əlavə, mənbələr Şahzadə Harri və həyat yoldaşının artıq köçməyi planlaşdırdıqlarını və ABŞ-da “daha rahat hiss edə biləcəkləri” yeni bir ev axtardıqlarını iddia ediblər.

Bu bəyanatlar jurnalist Omid Skobinin Hollandiya nəşrində Çarlz III və Şahzadə Uilyamın həyat yoldaşı Keyt Middltonun gələcək uşaqların dərisinin rəngi ilə maraqlandıqları üçün “gizli irqçilər” adlandırılan “Endgame” adlı yeni kitabı ətrafında qalmaqal fonunda verilib.

Kitab noyabrın 28-də satışa çıxarıldıqdan sonra kral ailəsinin pərəstişkarları bir daha kralın kiçik oğlu və həyat yoldaşının titullarından məhrum edilməsini tələb ediblər. Şahzadə Harri və Meqan Markl 2020-ci ildə kral ailəsinin yüksək rütbəli üzvlərindən istefa verdikdən sonra Kaliforniyaya köçdülər.

İyul ayında bildirilmişdi ki, Şahzadə Harri və Meqan Markl Kaliforniyada onlarla tanış olmağa çalışan yaşlı qonşusunu incidiblər. ABŞ Hərbi Dəniz Qüvvələrinin 88 yaşlı veteranı Frenk MakQiniti öz xatirələrində Şahzadə Harrinin malikanəsinin qapıçısı tərəfindən qovulduğunu bildirib.

Mənbə: mail.ru

Aynur Camal