İsrail prezidenti İsaak Hersoqun dünən axşam Həmas-İsrail münaqişəsi ilə bağlı keçirdiyi mətbuat konfransı gərgin anlara şahidlik edib.
“Yeni Gundem” xəbər verir ki, qəzəbini cilovlaya bilməyən Hersoq jurnalistlərə səsini ucaldaraq cavab verib.
Sualı verən müxbirə səsini qaldıraraq cavab verən Hersoq, “Baş verənləri görmürsənmi? Oradakı qarşıdurmalara görə bütöv bir xalq cavabdehdir. Hücumlarda mülki şəxslərin iştirak etməməsi və xəbərdar olmamaları haqqında nə deyirsiniz?
Hersoq fələstinli mülki şəxslərin baş verənlərə qarşı ayağa qalxıb üsyan edə biləcəyini deyib.
“Görünür, siz Qəzza xalqını HƏMAS-ın etdiklərinə görə məsul tutursunuz”, – deyə müxbir bildirib. Herzog belə bir şey demədiyini bildirərək ittihamı rədd edərək, “Mən belə bir söz demədim. Əgər mətbəxinizdə bir raket varsa və o raketi bizə atmaq istəyirsinizsə, məndə yoxdurmu? Özümü müdafiə etməyə haqqım varmı?”
CNN müxbiri mülki şəxslərin kütləvi şəkildə hədəfə alınmasının beynəlxalq hüquqa zidd olduğunu deyərkən, Hersoq müxbirin sözünü kəsərək, “Mən artıq cavab vermişəm. Açıqcası, cavabı eşitməmisiniz” deyib.
Qəzəbini cilovlamağa çalışsa da, buna nail ola bilməyən Hezorg, “Bu sualları bir-birinin ardınca verdiyiniz üçün məyus oldum. İsrailin hərbi cinayətlərdə əli olub-olmadığı sualını gündəmə gətirirsiniz?” deyib və dalbadal 3 dəfə “həqiqətən?” deyə soruşub.
Növbəti jurnalistin sözünü kəsən İsrail prezidenti İsrailin Qəzzaya hücumlarında beynəlxalq qanunlara riayət etdiyini iddia edib.
Mənbə: hurriyyət.tr
Aynur Camal