Kamran Əliyevin yerinə TƏYİNATbackend

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyevin yerinə təyinat olub.

“Yeni Gündəm” xəbər verir ki, nazir general-polkovnik Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə polis mayoru Namidan Priyev gətirilib. N.Priyev Bakı Şəhər DYPİ-nin Yol Patrul Xidməti Alayının sabiq komandiri Nadir Priyevin oğludur.

Xatırladaq ki, K.Əliyev bir müddət əvvəl BDYPİ-nin rəis müavini, eyni zamanda, İmtahan Qeydiyyat İdarəsinin rəisi təyin olunub.Bakupost