İşğaldan azad edilmiş Laçın şəhərində Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib.
Bu barədə “Yeni Gundem”ə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Açılış mərasimində Baş prokuror Kamran Əliyev, Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyev, Baş Prokurorluğun rəhbər heyəti, eləcə də prokurorluğun veteranları iştirak edib.
Baş prokuror bildirib ki, Laçın Rayon Prokurorluğunun Laçın şəhərində inzibati binasının açılışı prokurorluq orqanlarının tarixində mühüm günlərdən biri olmaqla, prokurorluq işçisi kimi hər kəsi sevindirir və prokurorluq orqanlarının tarixinə qızıl hərflərlə yazılacaq.
Prokurorluq əməkdaşlarının xidmətlərinin daha səmərəli və peşəkar təşkil edilməsi üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə olunub.