Kanada, Avstraliya və Yeni Zelandiyanın baş nazirləri İsrailə Rəfaha hücumlarla bağlı xəbərdarlıq ediblər: “Beynəlxalq konsensus artır.
“İsrail dostlarını və beynəlxalq ictimaiyyəti dinləməlidir”.
İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzaya hücumların Rəfah istiqamətində genişləndirilməsi ilə bağlı açıqlamalarından sonra Kanadanın baş naziri Castin Trüdo, Avstraliyanın baş naziri Entoni Albanese və Yeni Zelandiyanın baş naziri Kristofer Luxon bu gün birgə bəyanat yayıblar.
Birgə bəyanatda aşağıdakı bəyanatlar diqqət çəkib:
“Rəfəha qarşı hərbi əməliyyat fəlakətlə nəticələnəcək. Təxminən 1,5 milyon fələstinli, o cümlədən bir çox vətəndaşlarımız və onların ailələri bölgəyə sığınıb. Qəzzada humanitar vəziyyətin onsuz da ağır olduğu bir şəraitdə genişmiqyaslı hərbi əməliyyatın fələstinli mülki şəxslərə təsiri dağıdıcı olacaq. Biz İsrail hökumətini bu yola getməməyə çağırırıq. Mülki əhalinin gedə biləcəyi başqa yer yoxdur.
Beynəlxalq konsensus artır. İsrail dostlarını və beynəlxalq ictimaiyyəti dinləməlidir. Mülki əhalinin müdafiəsi hər şeydən vacibdir və beynəlxalq humanitar hüququn tələbidir. Fələstinli mülki vətəndaşlar HƏMAS-ı məğlub etməyin əvəzini ödəməyə məcbur edilə bilməz”.
“ƏDALƏT MƏHKƏMƏSİNİN QƏRARLARI AÇIQDIR”
Beynəlxalq Ədalət Məhkəməsinin “müvəqqəti tədbirlər” qərarına diqqət çəkən birgə bəyanatda “Beynəlxalq Ədalət Məhkəməsi aydındır: İsrail əsas xidmətlərin və lazımi humanitar yardımların göstərilməsini təmin etməli və mülki insanları qorumalıdır. “Məhkəmənin müvəqqəti tədbirlərlə bağlı qərarları məcburidir”.
NETANYAHU: TAM QƏLƏBƏYƏ QƏDƏR MÜBARİZƏ EDƏCƏK
İsrailin baş naziri Netanyahu dünən axşam Rəfaha girmək əzmində olduqlarını təkrar edərək, “Tam qələbəyə qədər mübarizə aparacağıq və bu, mülki əhalinin döyüş bölgələrini tərk etməsinə icazə verdikdən sonra Rəfəhdə güclü aksiyanı da əhatə edir” deyib.
Mənbə: hurriyyət.tr
Aynur Camal