Kanada işğalçı İsrailə silah satışını dayandıracaqbackend

Kanadanın xarici işlər naziri Melanie Joly, Kanadanın gələcəkdə işğalçı İsrailə silah ixracını dayandıracağını açıqlayıb.

İşğalçı İsrailin Qəzza zolağına hücumları davam edərkən, Kanada soyqırım törədən İsrailə silah satışını dayandırmağa hazırlaşır.

Kanada Xarici İşlər Naziri Melanie Joly verdiyi açıqlamada Kanadanın gələcəkdə İsrailə silah ixracını dayandıracağını və bunun simvolik deyil, real bir addım olacağını bildirib.

Kanada parlamenti dünən İsrailə silah satışını dayandırmaq üçün məcburi qüvvəyə malik olmayan təklifi 117 əleyhinə 204 səslə qəbul edib. Qətnamədə həmçinin beynəlxalq ictimaiyyət İsrail və fələstinlilər arasında münaqişənin həlli üçün iki dövlət prinsipi əsasında həll yolu üzərində işləməyə çağırılıb.

Mənbə: Ahaber

Aynur Camal