Kanada Ukraynaya yerli istehsal olan 800-dən çox PUA göndərəcəyini açıqlayıb. Kanada Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Ukraynaya 800-dən çox SkyRanger R70 model pilotsuz uçuş aparatı (PUA) göndəriləcək.
Açıqlamada ümumi dəyəri 70 milyon dollardan çox olan İHA-ların Ukraynanın müdafiəsinə töhfə verəcəyi qeyd edilib.
Açıqlamada İHA-ların kəşfiyyat məlumatlarının toplanmasında kritik əhəmiyyətə malik olduğu vurğulanıb və bu vasitələrin materialların daşınması üçün də istifadə oluna biləcəyi bildirilib.
Açıqlamada bildirilib ki, bu PUA-lar xüsusilə qaranlıq və pis hava şəraitində Ukrayna əsgərlərinə istənilən istilik mənbəyini uzaq məsafədən tanımağa kömək edəcək.
Mənbə: TrtHaber
Aynur Camal