Kanadalılar ev tapa bilmirlərbackend

Kanadalılar ev tapa bilmədilər… Hökumət əcnəbilərə mənzil qadağasını daha 2 il uzatdı.

Mənzil böhranının yaşandığı və vətəndaşların münasib qiymətə mənzil tapmaqda çətinlik çəkdiyi Kanadada xaricilərə mənzil satışına qoyulan qadağa daha 2 il müddətinə uzadılıb. Kanada vətəndaşlarının ev tapmaq problemi ilə əlaqədar xaricilərə 2025-ci il yanvarın 1-də başa çatacaq mənzil satışı qadağasını 2027-ci ilin 1 yanvarına qədər uzadıb.

“Kanadalılar üçün mənzilləri daha münasib etmək üçün bütün mümkün vasitələrdən istifadə edərək, hazırda 2025-ci il yanvarın 1-də başa çatan xarici mülkiyyətə qoyulan qadağa 2027-ci il yanvarın 1-dək uzadılacaq”, – Baş nazirin müavini Kristiya Friland açıqlamasında bildirib.

Kanada hökuməti xaricilərə mənzil satışının ölkə daxilində şəhər və qəsəbələrdə mənzil bazarlarında qiymət artımı ilə bağlı narahatlıqları artırdığını açıqlayıb. Keçən ay Kanadadakı mənzil böhranı səbəbiylə beynəlxalq tələbə icazələrinin iki il müddətinə məhdudlaşdırılacağı açıqlanmış, bəzi tələbələrə məzun olduqdan sonra iş icazəsi verilməyəcəyi bildirilmişdi.

Digər tərəfdən, sözügedən qanun ilk dəfə 2023-cü ilin yanvar ayından etibarən tətbiq edilməkdədi.

Mənbə: TGRT

Aynur Camal