Kanadanın Türkiyə ilə bağlı qərarıbackend

Kanada hökuməti 2020-ci ildən Türkiyəyə tətbiq etdiyi ixrac məhdudiyyətlərini qaldırdığını açıqlayıb.

Açıqlamada, müdafiə sənayesi ilə bağlı bəzi məhsulların Türkiyəyə ixracı ilə bağlı müraciətlərə 16 aprel 2020-ci il tarixindən etibarən rədd siyasətinin tətbiq olunmağa başladığı ifadə edilərək, “Bu bildirişin edildiyi tarixdən etibarən mümkün rədd siyasəti artıq qüvvədə deyil” ifadələrdən istifadə edilmişdir.

Qeyd edilib ki, ixracatçı qruplar tərəfindən Türkiyəyə ediləcək ixrac və broker icazələri üçün müraciətlər bundan sonra Kanadanın risk qiymətləndirmə çərçivəsində ayrı-ayrılıqda araşdırılacaq.

 Xatırladaq ki, Kanada hökuməti Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarına qarşı 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən İkinci Dağlıq Qarabağ müharibəsində Azərbaycanın yanında olduğu üçün Türkiyəyə silah embarqosu təşəbbüsü irəli sürmüşdü.

Kanada 2020-ci ilin oktyabrında Ermənistanın mövqelərinə qarşı istifadə edilən pilotsuz uçuş aparatlarında Kanada texnologiyasından istifadə edildiyini iddia edərək Türkiyəyə müdafiə sənayesi ixracına embarqo qoyub.

Mənbə: İLKHA

Aynur Camal