1 noyabr Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin təşəbbüs və dəstəyi ilə “FANTAZİA” Festivalı çərçivəsində, Bakıda ilk dəfə tanınmış Kape Verdeyalı multi-instrumentalist və ifaçı qrup “MİROKA PARİS”in konserti keçirildi.
Tədbirdə iştirak edən “Yenigundem” in əməkdaşı Nərmin Şamilbəylinin məlumatına görə,Dərin ritmik biliklərə və təcrübəyə malik “Miroca Paris”, Azərbaycanlı seyircilərin ürəyindən olan Portuqaliya, Braziliya, Afrika və Kuba musiqilərindən ilhamlanaraq özünəməxsus unikal ritmik üslubunu təqdim etdi. Kapo Verdiyalı ifaçılar illər ərzində təkmilləşdirdikləri özünəməxsus ritm və musiqiləri ilə dünyanı fəth edirlər. “Miroca Paris” 11 il “Barefoot Diva” ləqəbli məşhur Sezaria Evoranın zərb musiqiçisi kimi dünyaca məşhurlaşıb. Evoranın vəfatında sonra Paris musiqi karyerasını genişləndirərək dünya miqyaslı sənətçilərlə eyni səhnədə ifa etməyə başlayır. 1 noyabr, 2017 ci ildə buraxılan D’ALMA albomu Portuqaliya, Almaniya, Belçika, Yunanıstan, Hollandiya, Polşa, ABŞ, və Rusiya kimi ölkələrin radio stansiyaları yüksək reytinq yığır. Miroca Paris Avropa Musiqi Çartlarında nömrə 13, Dünyada isə TOP 40 TRANSQLOBAL Çarta daxildir!
Qeyd edək ki, ifaçılar konsert zamanı böyük anşlaq və sevgiylə müşayət olunublar.
Nərmin Şamilbəyli
Yenigundem.az