Meksikada kartel üzvləri ilə polis arasında baş verən qarşıdurmada 12 nəfərin həyatını itirdiyi açıqlanıb.
Meksikanın şimalında, Sonora əyalətinin paytaxtı Hermosilloda magistral yolda təhlükəsizlik qüvvələri ilə kartel üzvləri arasında qarşıdurma baş verib. Sinaloa kartelinə bağlı Los Cazadores bandasının üzvləri həbs edilmiş kartel qatili Xesus Humbertonun oğlu Karlos Humbertonu xilas etmək üçün təhlükəsizlik qüvvələrinə atəş açıblar.
Sonora Dövlət Prokurorluğundan verilən açıqlamada təhlükəsizlik qüvvələri ilə banda arasında baş verən qarşıdurmada 12 kartel üzvünün öldüyü, 2 təhlükəsizlik qüvvəsinin isə yaralandığı bildirilib. Açıqlamada xəstəxanaya yerləşdirilən təhlükəsizlik qüvvələrinin vəziyyətinin stabil olduğu, münaqişədə yaralanan ən azı 7 kartel üzvünün hadisə yerindən qaça bildiyi bildirilib.
Münaqişədən sonra təhlükəsizlik qüvvələri kartelə aid 21 ağır silah, sursat, gülləkeçirməz jilet və 6 avtomobil ələ keçirib.
Mənbə: hurriyyət.tr
Aynur Camal