Kartla alınan məhsulların pulu geri qaytarılmır? – VİDEObackend

Təsəvvür edin, hər hansı mağazadan nağdsız alış-veriş edirsiniz, ancaq müəyyən səbəbdən məhsulu geri qaytarmalı olursunuz.

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna əsasən, buna tam ixtiyarınız çatır. Həmçinin mağaza da buna görə sizə qəbz təqdim edir. Amma aldığınız malı qaytarmağınıza baxmayaraq, ödədiyiniz məbləğ geri qaytarılmır. Mağazadan məhsulu alarkən istifadə etdiyiniz bank kartına ödənişin olunduğu bildirilsə də, pulunuzu ala bilmirsiniz.

Bəs görəsən, belə halla qarşılaşanda müştəri hara müraciət etməlidir, mağazaya, yoxsa banka?

Baku TV mövzu ilə bağlı sorğu keçirib. Sorğunu təqdim edirik: