Rusiya Kənd Təsərrüfatı Nazirliyi Rusiyada 30 il ərzində rekord miqdarda kartof məhsulu əldə etdiyini açıqlayıb.
Rusiya Kənd Təsərrüfatı Nazirliyi 2023-cü ildə 30 illik rekord 8,4 milyon ton kartof məhsulu gözləyir ki, bu da bir il əvvəlkindən 15 faiz çoxdur, departament rəhbərinin müavini Andrey Razin deyib.
Federasiya Şurasında keçirilən dəyirmi masada məmur ölkə kənd təsərrüfatının digər uğurlarından da danışıb. O, ilk növbədə xatırladıb ki, kartofçuluğun və tərəvəzçiliyin inkişafı üzrə federal layihə çərçivəsində kartof istehsalının həcmi ardıcıl olaraq 7,9 milyon tondan artıq olmalıdır.
Razinin sözlərinə görə, bu il nazirlik tərəvəz istehsalının demək olar ki, bütün sahələrində müsbət dinamika görür. Xüsusilə, 2023-cü ildə istixana tərəvəzlərində 1-1,5 faiz artım gözlənilir və növbəti illərdə də bu tendensiya qorunacaq.
Bundan əvvəl sənaye assosiasiyalarının nümayəndələri jurnalistlərə bildirmişdilər ki, Rusiyada yumurtanın bahalaşmasından sonra çörəyin, mayonezin və kolbasa məhsullarının bahalaşması gözlənilmir. Mütəxəssislər bu məhsulların maya dəyərində yumurtanın xüsusi çəkisi az olduğundan onların qiymətində ciddi dəyişiklik olmayacağını bildiriblər.
Mənbə: Lenta.Ru
Aynur Camal