“Kaspi” şəhid kapitanın oğlundan 2800 manat istədibackend

Kaspi Təhsil Şirkəti şəhid övladından təhsil alması üçün pul tələb edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Yayılan məlumatlara görə, şəhid kapitan Elçin İsmayılovun kiçik oğlundan Kaspi Təhsil Şirkətində təhsil alması üçün pul istəyiblər.

Şəhidin ailə üzvləri məsələni ictimaiyyətləşdirəndən sonra Kaspi Təhsil Şirkəti daha radikal addım atıb. Belə ki, şirkət nümayəndələri şəhidin həyat yoldaşına zəng edərək deyiblər ki, bu haqda yazmağı dayandırsınlar.

Hətta “bizim haqqımızda niyə yazırsınız, biz heç kimə pulsuz təhsil verə bilmərik, bizdə elə şey yoxdur” kimi fikirlər də səsləndiriblər.

Qeyd edək ki, məlumatlara görə, şəhid kapitanın oğlunun illik təhsil haqqı 2800 manat olub.Publika.az