Katolik kilsəsinə atəş açıldıbackend

İstanbulda kilsəyə hücuma görə 40-dan çox adam həbs edilib.

Türkiyənin daxili işlər naziri Yerlikaya kilsəyə hücuma görə 47 nəfərin saxlanıldığını açıqlayıb. Bu barədə RİA Novosti məlumat yayıb.

Yerlikaya brifinqdə aydınlıq gətirib ki, kilsəyə hücumdan sonra polis genişmiqyaslı əməliyyata başlayıb. Nəticədə 30 ünvanda 47 nəfər saxlanılıb.

Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, İstanbulda kilsəyə hücumda şübhəli bilinən iki nəfər əcnəbidir. Onlar yerli vaxtla saat 22:00 radələrində saxlanılıblar. Onlardan biri Tacikistan, digəri isə Rusiya vətəndaşıdır. İlkin məlumata görə, onlar “İslam Dövləti”nin (İD, Rusiyada qadağan olunmuş terror təşkilatı) üzvləridir. Bütün məhbuslar dindiriləcək.

Xatırladaq ki, yanvarın 28-də naməlum şəxslər İstanbulda katolik kilsəsinin yaxınlığında atəş açıb. Atışma nəticəsində bir neçə nəfər yaralanıb, birini xilas etmək mümkün olmayıb. Ümumilikdə ibadət zamanı kilsədə təxminən 50 nəfər olub. İstanbulda kilsəyə atəş açan şəxslər Türkiyədə saxlanılıb.

“Bu səhər [İstanbulda] Müqəddəs Məryəm kilsəsində həmyerlimizi qətlə yetirməkdə şübhəli bilinən iki nəfər saxlanılıb”, – Daxili İşlər Nazirliyinin rəhbəri bildirmişdi.

Mənbə: Lenta.Ru

Aynur Camal