Rusiya Federasiyasında 3 gün davam edəcək prezident seçkiləri üçün insanlar səsverməyə gedib. Vladimir Putin 87,8 faiz səs toplayaraq 5-ci dəfə Rusiya prezidenti olub.
3 gün davam edən səsvermə prosesi bu gün saat 20.00-da başa çatıb.
Ölkədə 112 milyon 309 min 947, Rusiyanın xaricdəki nümayəndəliklərində 1 milyon 890 min 863, Qazaxıstandakı Rusiyanın Baykonur kosmodromunda isə 11 min 924 qeydə alınmış seçici səs verib.
Prezident kürsüsü uğrunda 4 namizədin mübarizə apardığı seçkidə indiki prezident Vladimir Putin Vahid Rusiya Partiyasının dəstəyi ilə müstəqil namizəd olub.
Liberal Demokrat Partiyasının sədri Leonid Slutski öz partiyasının, Nikolay Xaritonov Kommunist Partiyasının namizədi kimi, Vladislav Davankov isə Yeni Xalq Partiyasının namizədi kimi seçki bülletenində öz yerini tutub.
Səsvermə başa çatdıqdan sonra səslərin sayılmasına başlanılıb. Və nəticə gözlənilən idi.
“Exit-poll”un nəticələrinə görə, Vladimir Putin 87,8 faiz səslə seçkilərdə qalib gəlib.
Yenidən seçki qutusunu qazanan Putin 5-ci dəfə Rusiya prezidenti vəzifəsini icra edəcək.
Mənbə: EnSonHaber
Aynur Camal