Keçmiş baş nazir Xana verilən cəza açıqlanıbbackend

Pakistanda “dövlət sirrini yaymaqda” ittiham edilən keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib. Xan və Qureşinin qarşıdakı 5 il ərzində heç bir seçkidə namizəd ola bilməyəcəyi öyrənilib.

Pakistan Ədalət Hərəkatının (PTI) qurucusu və Pakistanda dövlət sirlərini açmaqda günahlandırılan keçmiş baş nazir İmran Xan ‘Rəsmi Sirr Qanunu’ əsasında yaradılmış xüsusi məhkəmə tərəfindən 10 il həbs cəzasına məhkum edilib.

Keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi də eyni cinayətə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Pakistan mediası qərarın fevralın 8-də keçiriləcək ümumi seçkilərdən əvvəl verildiyinə diqqət çəkib. Bu gün açıqlanan qərar nəticəsində Xan və Qureşinin qarşıdakı 5 il ərzində heç bir seçkidə namizəd olmayacağı bildirilib.

Xan 2023-cü ilin avqustunda dövlət hədiyyələrini satmaq və əmlakı gizlətmək ittihamlarının da daxil olduğu Toşaxana işi üzrə 3 il müddətinə azadlıqdan məhrum edilib. İslamabad Ali Məhkəməsi daha sonra Xanın cəzasını təxirə salıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal