İngiltərənin keçmiş baş naziri Conson özünü rusofil (slavyan pərəstişkarı) adlandırıb.
“Yeni Gundem” xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson bildirib ki, o, rusofil olaraq qalır və rus mədəniyyətinə həvəslidir. O, bu barədə Ukraynanın “Rada” telekanalına müsahibəsində danışıb.
Conson indiki şəraitdə slavyan mədəniyyətinə münasibətinin dəyişib-dəyişmədiyi sualına cavab verib. O, özünü rusofil adlandırıb və hələ də dilinə, mədəniyyətinə və slavyan sivilizasiyasına heyran olduğunu vurğulayıb. “Bu mədəniyyətə yalnız mən heyran deyiləm” deyə bildirilib”.
Siyasətçi əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə əlaqə saxlayacaqlar. “Yəqin ki, necə əlaqə saxladığımızı deməməliyəm, amma bizim dostluğumuz davam edir” deyib. O həmçinin qeyd edib ki, Moskvada onun əcdadları olub.
Xatırladaq ki, Zelenski bundan əvvəl sentyabrda Kiyevə səfəri zamanı Consonu dost adlandırmışdı. “Conson Ukraynanı səmimiyyətlə dəstəkləyir. (…) Enerjiniz üçün təşəkkür edirəm, dost!” — siyasətçi keçmiş baş nazirlə birgə fotoya bu cür imza atıb.
Mənbə: Lenta.Ru
Aynur Camal