Qondarma “soyqırım” kimi “cinayətlərin” təkrarlanmasının istisna edilməsinə yanaşma strateji seçimdən və regionda baş verənləri dərk etməkdən asılıdır.
“Yeni Gundem” xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Ətrafımızdakı təhlükəsizlik təhdidləri regional və ya qeyri-regional səbəblərdən gücləndikdə bizim regional münasibətlərimizi tənzimləmək və inkişaf etdirmək iradəmiz və bacarığımız var… Çünki yalnız bu yolla təhlükəsizlik və rifah təmin oluna bilər”, – Ermənistanın baş naziri deyib.
O, qeyd edib ki, bu gün “keçmiş, indi və gələcək haqqında düşünmək üçün doğru andır”.