Keçmiş Mossad rəsmisi Rami İqradan dəhşətli sözlərbackend

“Qəzzada 4 yaşından yuxarı uşaqlar kollektiv cəzaya layiqdirlər”.

İsrailin Qəzzada soyqırım törətdiyinin sübutu bir daha ortaya çıxdı. Keçmiş Mossad rəsmisi adlandırılan Rami İqra adlı şəxs 4 yaşından yuxarı uşaqların HƏMAS-ı dəstəklədiyini və kollektiv cəzaya layiq olduqlarını bildirib.

Qəzzada yaşı 4-dən yuxarı olan hər kəsin HƏMAS tərəfdarı olduğunu iddia edən İqra, mülki şəxslərin İsrailin qida, dərman və humanitar yardımların qarşısını alan kollektiv cəza siyasəti ilə üzləşməyə layiq olduğunu müdafiə etdi. Keçmiş Mossad rəsmisi İqra deyib:

“Qəzzada hər kəs bu işdə iştirak edir. Hamı HƏMAS-a səs verdi. 4 yaşından yuxarı hər kəs HƏMAS tərəfdarıdır. Bizim hazırkı məqsədimiz onları HƏMAS tərəfdarlarından HƏMAS-ı bəyənməyən insanlara çevirməkdir”.

İsrail prezidenti İsaak Hersoq da 2023-cü ilin oktyabrında etdiyi çıxışda buna bənzər ifadələr işlətmişdi və Qəzzada mülki əhalinin HƏMAS-ın hücumlarından xəbərsiz olması və ya hücumlara qarışmaması ilə bağlı açıqlamanın doğru olmadığını iddia edib.

Hersoq Qəzzada dinc sakinlərin İsrail qüvvələri tərəfindən öldürülməsi ilə bağlı bunları deyib: “Onlar çevriliş cəhdi ilə Qəzzanı ələ keçirən bədxah rejimə qarşı ayağa qalxa bilər, ona qarşı mübarizə apara bilərdilər” deyə öz sözləri ilə bunu müdafiə etdi.

Mənbə: Ahaber

Aynur Camal