Abşeronda keçmiş arvadının boğazını kəsən ərin kimliyi bilinib.
“Yeni Güdem”in verdiyi xəbərə görə, Xırdalan şəhərində bazarın yanında yerləşən məhəllədə Nahid Bayramov keçmiş arvadı Gülgəz Əliyeva ilə mübahisə edib. Bu zaman o cibindən bıçaq çıxararaq qadının boğazından zərbə vuraraq kəsib. Yaralı çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Qeyd edək ki, G.Əliyeva bir neçə ay bundan öncə ərindən boşanıb.