‘Kəfənli’ reklama böyük reaksiyabackend

Hazır geyim markası Zara-nın son reklam kampaniyasının görüntüləri hiddət doğurub. İstifadəçilər kampaniya fotolarının onlara Qəzzadakı qətliamı xatırlatdığını və markanı boykot etməyə çağırdığını bildirib. İspaniya mərkəzli hazır geyim markası Zara-nın kəfən və xarabalıq kimi elementlərin yer aldığı yeni kampaniyasının görüntüləri “Qəzzada dağıntıları ələ saldığı” səbəbiylə böyük reaksiyaya səbəb olub.

Markanın bütün sosial media platformalarında yayımlanan ‘Zara Atelier’ kolleksiyasının kampaniya görüntülərində zibil və dağıntılar arasında, kəfənə bənzər ağ parçalara bükülmüş cansız manikenlər arasında poza verən model görünür. Bir çox sosial media istifadəçisi görüntülərin Qəzzada baş verən dağıntıları və ölümləri narahatedici şəkildə xatırlatdığını bildirərək markanı boykot edəcəklərini bildirib.

Bəzi istifadəçilər brendi “Fələstin ölümlərini marketinq metodu kimi” istifadə etdiyinə görə tənqid ediblər. Hələlik məsələ ilə bağlı açıqlama verməyən Zara, reaksiyalardan sonra modelin kəfən kimi parçaya bükülmüş cansız manekeni qaldırarkən çəkdirdiyi şəkli də sosial şəbəkədəki paylaşımlarından silib. Bu, brendin İsrail-Fələstin münaqişəsi ilə bağlı qınaqla üzləşdiyi ilk hal deyil. 2022-ci ilin oktyabrında Zara-nın İsrail distribyutoru ekstremist “Yəhudi Qüvvələri” partiyasını dəstəklədiyini elan etdikdən sonra fələstinlilər boykot kampaniyasına başladılar.

Mənbə: hurriyyət.tr

Aynur Camal