Kəlbəcərdə həlak olan Məhərrəm İbrahimovun nəşi Bakıya gətirildibackend

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun nəşi Bakıya gətirilib.

“Yeni Gündəm” xəbər verir ki, onun nəşi yaşadığı evə aparılıb.

Mərhumun cənazəsini yaxınları və qonşularından ibarət böyük izdiham qarşılayıb.

Bildirilir ki, şəhid jurnalistin cənazəsi sabah torpağa tapşırılacaq.

APA