Kemeron bir daha İsraili “işğalçı güc” adlandırdıbackend

İngiltərə Xarici İşlər Naziri David Cameron, İsrailin Müharibə Nazirlər Kabinetinin üzvü Benny Gantz ilə görüşündən sonra verdiyi açıqlamada, İsraili bir daha “işğalçı güc” olaraq xarakterizə edərək, “Qəzzada işğalçı güc olaraq İsrail mülki insanlara yardım göstərmək üçün qanuni məsuliyyət daşıyır”.

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron İsrailin Müharibə kabinetinin üzvü Benni Qantzla görüşüb.

Görüşdən sonra Kemeron yazılı açıqlama verib. Kemeron deyib: “Fələstinlilər dağıdıcı və böyüyən humanitar böhranla üzləşirlər. Bu gün İsrail naziri Benni Qantzla görüşümdə girovların təhlükəsiz şəkildə evlərinə qayıtması və Qəzzaya həyati xilasedici ləvazimatların göndərilməsi üçün humanitar fasilə yaratmaq səylərini müzakirə etdik. Bir daha təzyiq etdim. Biz hələ də sahədə heç bir irəliləyiş görə bilmirik. Bu dəyişməlidir” deyib.

Dərhal humanitar fasiləyə çağıran Kemeron həm qurudan, həm də dənizdən humanitar yardımın çatdırılmasını və tutumunu artırmağa, Qəzzaya icazə verilən humanitar yardım növlərini, o cümlədən sığınacaq və infrastrukturun təmiri üçün vacib olan təchizatları genişləndirməyə çağırıb.

Kemeron İngiltərənin Rəfah şəhərinə hücumla bağlı dərin narahatlığını ifadə edərək, “İsrail Qəzzada işğalçı dövlət olaraq mülki şəxslərə yardım göstərmək üçün hüquqi məsuliyyət daşıyır” deyib.

Mənbə: Ahaber

Aynur Camal