Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bu gün Türkiyəyə gələcək.
Xarici İşlər Nazirliyindən mövzu ilə bağlı verilən açıqlamada, “Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf naziri Devid Kemeron 25-26 yanvar 2024-cü il tarixlərində ölkəmizə səfər edəcək. Hazırkı regional Səfər münasibəti ilə keçiriləcək görüşlərdə beynəlxalq məsələlərlə yanaşı, ikitərəfli əlaqələrimiz də müzakirə olunacaq”.
Mənbə: İLKHA
Aynur Camal