Keşiş cinsi istismara görə həbs cəzasına məhkum edildibackend

Vatikanın apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin bəraət hökmünü ləğv edərək cinsi zorakılıqda ittiham olunan keşiş Qabriele Martinellini 2,5 il müddətinə azadlıqdan məhrum edib.

Vatikanın rəsmi nəşri olan VaticanNews-da yer alan xəbərə görə, Vatikanın Apellyasiya Məhkəməsi 2008-2009-cu illərdə Katolik Kilsəsinə bağlı bir məktəbdə uşağa cinsi təcavüz etməkdə günahlandırılan və bəraət qazanan keşiş Qabriele Martinellinin işinə baxıb. Dəlil çatışmazlığı səbəbiylə 2021-ci ildə tərəfin etirazı üzərinə bu işə yenidən baxılıb.

Apellyasiya məhkəməsi Martinelli haqqında bəraət hökmünü ləğv edib və 31 yaşlı keşişin günahkar olduğuna qərar verib.

Martinelli 2 il 6 ay həbs və 1000 avro pul cəzasına məhkum edilsə də, apellyasiya məhkəməsi zorakılıq qurbanının təzminat tələbini qəbul etməyib.

Birinci instansiya məhkəməsində keşiş Martinelliyə kömək etməkdə ittiham olunan və bəraət qazanan digər keşiş Enriko Radisin işinə də baxıldığını bildirilib. Digər tərəfdən, İtaliya mətbuatı Roma Baş Prokurorluğunun sözügedən iki keşişə qarşı oxşar ittihamlar irəli sürdüyünü yazıb.

Mənbə:

Aynur Camal