Bakıda kirayə yaşayan gənclər arasında mübahisə cinayətlə nəticələnib.
“Yeni Gündəm”in verdiyi xəbərə görə, hadisə martın 16-ı, saat 23 radələrində Nizami rayonunun Keşlə qəsəbəsində baş verib.
Bakı sakini, 1977-ci il təvəllüdlü Zaur Əsədov onunla eyni evdə yaşayan Salyan sakini, 1969-cu il təvəllüdlü Mehman Xudaverdiyevi mübahisə zəminində sinəsindən bıçaqlayıb.
M.Xudaverdiyev xəstəxanaya yerləşdirilib, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.