Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Koo Byonq-sam bildirib ki, Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Ju-ae-nin atasının “varisi” olması ehtimalını nəzərdən qaçırmaq olmaz.
Yonhap-ın məlumatına görə, nazirliyin sözçüsü Koo Byonq-sam gündəlik mətbuat konfransında Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) Kimin qızı ilə ferma ziyarəti ilə bağlı xəbərlərini dəyərləndirib.
KCNA-nın Kim Ju-ae-ni təsvir edərkən istifadə etdiyi ifadənin dəyişdiyinə diqqət çəkən Koo, xəbərlərdə Kim Çen In və qızı üçün “rəhbərlik edən böyük insanlar” ifadəsinin işlədildiyini ifadə edib.
Koo, bu ifadənin “Şimal liderlərini” təsvir etmək üçün istifadə edildiyini müdafiə edib və deyib: “Şimali Koreyanın rəsmi mediasında istifadə edilən bəyanatlara və protokolun səviyyəsinə görə, Kim Ju-ae-nin varisi olma ehtimalı ( Şimal) istisna edilə bilməz”.
Şimali Koreya liderinin qızı Kim Ju-ae 2022-ci ilin noyabrından bəri çoxsaylı hərbi tədbirlərdə iştirak edib.
Mənbə: TrtHaber
Aynur Camal