Cənubi Koreya Pyonyanın dalbadal üçüncü gün dəniz sərhədi yaxınlığında hərbi təlim keçirdiyini və Şimali Koreya ordusunun iki ölkə arasındakı bufer zonasının yaxınlığında yerləşən Yeonpyeong adasının şimalına 90-dan çox artilleriya atəşi açdığını açıqlayıb.
Digər tərəfdən, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq “ordu əslində artilleriyadan atəş açmadı, onlar silah səsini təqlid edən partlayıcılardan istifadə etdilər” deyib.
“Cənubi Koreya qüvvələrinin reaksiyasını saxta atışlarla izləmək istədiklərini” ifadə edən Kim Yo Jong, “Partlayış səsinin silah səsi olduğunu düşündülər və bunu təxribat hesab etdilər. Hətta güllələrin dəniz bufer zonasına düşdüyü barədə yalan bəyanat da veriblər”.
Mənbə: hurriyyət.tr
Aynur Camal