“Kimsə bunu məzhəbə bağlaya bilər, amma din ilə qidalanların hamısı belədir” – Şeyx tənqid edildibackend

“Azərbaycanın dini liderinin, Şeyxin son fikirləri bunu bir daha sübut etdi. Deməli, din xadimləri ta yaranandan bu gu günə xalqın mənafeyini yox, öz şəxsi maraqlarını daha üstün tutublar. Ağlım kəsəndən real həyatda tanıdığım bütün din xadimlərini, mollaları bu statusda görmüşəm. İndi mən hansısa mollanı necə müsbət obraz kimi canlandırım hansısa hekayəmdə və xalq necə etsin, nağılında, mahnısımda, lətifəsində…”

“Yeni Gündəm” xəbər verir ki, bu barədə filoloq Şamil Sadiq bildirib.

Ş.Sadiq qeyd edib ki, qəhrəman axtarmağa gərək yoxdur, Vətən müharibəsinin birmənalı qəhrəmanı Azərbaycan xalqı və Ali baş komandandır ki, istər siyasi, istərsə cismani döyüşüb və qələbə çalıb: “Həmişə məni düşündürüb ki, niyə Avropa ədəbiyyatında, folklorunda din xadimləri sevgi ilə yaradılıb, onları müdrik insan kimi obrazlaşdırıblar (düzdür, onların da qaniçən əməlləri az olmayıb) qəhrəman kimi təqdim ediblər, ancaq Şərq, xüsusən də Türk ədəbiyyatı, folklorunda din xadimləri komik, fırıldaqçı, ağılsız, əyri əməllər sahibi kimi obrazlaşdırmışıq. Məsələn Səfillərdəki keşiş və bizim Şeyx Nəsrullah… Araşdırma aparsaq, yüzlərlə belə nümunə çəkmək olar. Ədəbiyyat tarixi birbaşa yansıtmasa da, həyat həqiqətlərini tam mənası ilə ifadə edir. Axundov, Seyid Əzim, Qasım bəy Zakir, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə kimi dühalarımızın dini “qəhrəmanlarına” diqqət etsək, dediklərimi daha aydın görərik.

Azərbaycanın dini liderinin, Şeyxin son fikirləri bunu bir daha sübut etdi. Deməli, din xadimləri ta yaranandan bu gu günə xalqın mənafeyini yox, öz şəxsi maraqlarını daha üstün tutublar. Ağlım kəsəndən real həyatda tanıdığım bütün din xadimlərini, mollaları bu statusda görmüşəm. İndi mən hansısa mollanı necə müsbət obraz kimi canlandırım hansısa hekayəmdə və xalq necə etsin, nağılında, mahnısımda, lətifəsində…

Kimsə bunu məzhəbə bağlaya bilər, amma din ilə qidalanların hamısı belədir. Bəh-bəhlə təqdim edilən Fətullah Gülən, Sistani, Cübbəli Əhməd və adını çəkə bilmədiyim günümüzün onlarla dini lideri, xalqın nəzərində kimdir? Dedikləri ilə əməlləri nə qədər üst-üstə düşür?! Hə, indi bir-iki ağıllı filosof deyəcək ki, din bunlar deyil, aidiyyatı yoxdur. Bəs kimin var? Normal və dünyəvi bir şərq din xadimi tanımadım mən… Təsadüfən kimsə, Şəms Təbrizini, Yünis Əmrəni, Mövlanəni ağlına gətirərsə, deyim ki, onlar məhz dinə yumşaq şəkildə etiraz edənlər olub ki, yeni yollar təklif ediblər”.

Qeyd edək ki, ötən gün Qurban bayramı münasibətilə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirib ki, Xameneinin fətvası Vətən müharibəsindəki qələbəmizin müjdəsi oldu.