Kimyəvi maddə ilə dolu çənə düşən pişiyi polis axtarırbackend

Bu film deyil, realdır: Super pişik həyəcanı! Kimyəvi maddə ilə dolu çənə düşdü, polis onu hər yerdə axtarır…

Yaponiya super qəhrəman filminin açılış səhnəsini xatırladan hadisə ilə dünyanın diqqətini çəkib. Metal üzlük fabrikində kimyəvi maddələrlə dolu çənə düşən pişik sosial mediada “super pişik” şərhləri ilə səlahiyyətliləri təşvişə salıb.

Bu gün Fukuyama şəhərinin sakinlərinə ‘anormal görünüşlü’ pişiyə qarşı diqqətli olmaları və pişiyi gördükdə ona yaxınlaşmamaları və ona toxunmamaları, polisə isə zəhərli pişiyi tapması xəbərdarlığı edilib.

Sərhədlərini aşan və bu gün bütün dünyada trend mövzusuna çevrilən hadisə, Fukuyama şəhərindəki metal üzləmə fabrikində qəhvəyi pəncə izlərinin görünməsi ilə baş verdi.

Bazar ertəsi səhər növbəyə gələn bir işçinin gördüyü pəncə izləri ərimiş xrom çənini göstərirdi. Pişiyin kanserogen maddələrlə dolu çənə düşdüyü güman edilir. Təhlükəsizlik kameralarından çəkilən görüntülərdə pişiyin fabrikdən qaçdığı görünür. Bədbəxt heyvanın 3 metr dərinlikdə saxlanan kimyəvi maddə ilə necə təmasda olmasının görüntüləri yoxdur.

Hadisə yerinə baxış keçirən səlahiyyətlilər çəni örtən qapağın bir hissəsinin açıq olduğunu görüb təşvişə düşüblər. Nomura fabrikinin nümayəndələrindən biri AFP xəbər agentliyinə deyib ki, “Biz dərhal polisə zəng edərək ətrafdakı qonşularımızı xəbərdar etdik”.

Əməyin Təhlükəsizliyi və Sağlamlığı Administrasiyasına görə, tankın içərisində “altı valentli xrom”a məruz qalma dərinin qıcıqlanması, səpgi, tənəffüs problemləri, korluq və xərçəng kimi bir çox sağlamlıq probleminə səbəb ola bilər.

Səlahiyyətlilər sözügedən maddənin olduqca təhlükəli olduğunu və fabrik işçilərinin bu səbəbdən maska ​​və rezin əlcəklərdən istifadə etdiyini də vurğuladılar.

Fabrikdən gələn xəbərdən sonra Fukuyama polisi əhaliyə “anormal görünən” və qəribə davranan pişiklərdən uzaq durmaq barədə xəbərdarlıq edib.

Yapon mətbuatında yer alan xəbərlərə görə, hələlik pişiklə bağlı heç bir məlumat verilməyib.

Səhiyyə rəsmiləri pişiyin təmasda olduğu kimyəvi maddə səbəbindən ölmüş ola biləcəyini desələr də, sosial mediada “super pişik” şərhləri səslənib.

Şərhçilər hadisəni superqəhrəman filminin açılışı ilə müqayisə edərək, pişiyin fövqəltəbii güclərlə qayıda biləcəyini iddia ediblər.

Mənbə: hurriyyət.tr

Aynur Camal