Kirkorov üçün Bakıda 5 büst hazırlandı – Fotolarbackend

Xəbər verdiyimiz kimi, Rusiyanın Xalq artisti Filipp Kirkorov Azərbaycandadır. O, bu gün və sabah Bakı Konqres Mərkəzinin səhnəsində çıxış edəcək. 

“Yeni Gundem” xəbər verir ki, Kirkorov övladları Martin və Alla ilə birgə özəl təyyarədə gəlib, daha sonra Bakıda yeni istifadəyə verilən otellərin birinə yerləşdirilib. Pop ulduz üçün onun otağı yenidən qurulub, fərqli dizayn edilib. Otaqda sənətçinin ailə üzvləri və səhnə fəaliyyəti ilə bağlı fotolar, aksesssuarlar yer alıb. Yataq örtüyündə mahnısının şüarı, uşaqlarının otağında isə onların adları divarlara həkk olunub.

Bundan əlavə, Kirkorov üçün özəl olaraq beş büst hazırlanıb. Bu memarlıq nümunələri heykəltəraş Tural Rzaquliyev tərəfindən hazırlanıb. Sözügedən büstlər Filippin otağına yerləşdirilib. Həmin 5 büst sənətçinin həyatında baş verən beş xüsusi hadisə fonunda ərsəyə gəlib.