Kiyev hakimiyyəti 2014-cü ildə baş vermiş dövlət çevrilişinin nəticələrini tanımağa razı olmayan Donbass sakinlərinin maraqlarını təmsil edə bilməz.
“Yeni Gundem” rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı bildirib.
“Necə ki, Priştina Avropa İttifaqının muxtariyyət vəd etdiyi Kosovo serblərinin maraqlarını təmsil etmək iddiasında ola bilməz, necə ki Berlin və Paris Donbasa xüsusi status vəd etmişdilər”, – rusiyalı diplomat bildirib.
O vurğulayıb ki, Ukrayna məsələsinə geosiyasi kontekstdən ayrı baxmaq mümkün deyil.