Kiyev və Xarkovda çoxlu ölübackend

Rusiyanın Kiyev və Xarkova hücumları nəticəsində 5 nəfər ölüb, 42 nəfər yaralanıb. Ukrayna Hərbi Hava Qüvvələrindən verilən açıqlamada “Düşmən qanadlı, ballistik, hava və zenit idarəolunan raketlərdən istifadə edərək Ukraynaya raket hücumu həyata keçirib. 41 raketdən 21-i məhv edilib” deyilir. Rusiya 2022-ci ilin fevralından Ukraynaya hücumlarını davam etdirir. Rusiya ordusu yerli vaxtla saat 08.45 radələrində Ukraynanın paytaxtı Kiyev və Xarkov şəhərini raketlərlə hədəfə alıb.

Ukraynanın daxili işlər naziri İqor Klimenkonun verdiyi açıqlamaya görə, Kiyevə raket hücumu nəticəsində Svyatoşinski, Solomyanski və Peçerski rayonlarında yanğın baş verib, 1 nəfər ölüb, 2 bina və park edilmiş avtomobillərə ziyan dəyib.

Kiyev vilayətində iki yaşayış evi, fərdi yaşayış evi və nəqliyyat vasitələrinə ziyan dəyib.

Xarkova hücumda mərmilər iki evə düşüb, 3 nəfər ölüb. Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti hücumlar nəticəsində 4-ü uşaq olmaqla 42 nəfərin yaralandığını bildirib.

Ukrayna Hərbi Hava Qüvvələrindən verilən açıqlamada “Düşmən qanadlı, ballistik, hava və zenit idarəolunan raketlərdən istifadə edərək Ukraynaya raket hücumu həyata keçirib. Məlumatada 41 raketdən 21-i məhv edilib” deyilir.

Mənbə: hurriyyət.tr

Aynur Camal