Ukrayna bunu Rusiyanın işğalın əvvəlindən bəri paytaxt Kiyevə ən böyük pilotsuz uçuş aparatı hücumu kimi açıqlayıb.
“Yeni Gundem” xəbər verir ki, Rusiya Ukraynanın paytaxt və ətrafına İran istehsalı olan 75 “Şəhid” pilotsuz uçan aparatı göndərib.
Bildirilib ki, pilotsuz təyyarələrdən 74-ü müdafiə sistemləri tərəfindən məhv edilib. Hücum zamanı ən azı 5 mülki şəxs yaralanarkən, vurulan PUA-lardan düşən dağıntılar nəticəsində bir uşaq bağçası da daxil olmaqla bir çox binaya ziyan dəyib. Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, 11 yaşlı uşaq da yaralanıb.
Mənbə: hurriyyət.tr
Aynur Camal